İdman 12:01 23.07.2013

"Real" rekord transferə hazırlaşır

Madridin "Real" klubu yaxın günlərdə İngiltərənin "Tottenhem" klubuna Qaret Beylin transferi üçün rekord məbləğ təklif etməyə hazırlaşır. 

Qaynar.info-nun məlumatına görə, bu barədə İspaniyanın "El Confidencial" nəşri xəbər yayıb. 

Jurnal bildirib ki, "Real" bu transfer üçün londonlulara 85 milyon funt sterlinq ödəmək niyyətindədir. 

Qeyd edək ki, "Real" Kristiano Ronaldonun transferi üçün "Mançester Yunayted"ə 80 milyon funt sterlinq ödəmişdi. 

Qaynar.info