İdman 10:44 16.08.2013

"Real"dan Beylə fantastik məbləğ

İspaniyanın "Real Madrid" klubu "Tottenhem"də forma geyinən Qaret Beylə fantastik məbləğ təklif edib. 

Qaynar.info xəbər verir ki, "Kral" klubu uelsli futbolçuya 6 illik müqavilə bağlamaqla 117 milyon avro təklifini edib. 

Bundan əvvəl "Tottenhem" ispanların 97.8 milyon avroluq təklifini rədd etmişdi. 

Britaniya mətbuatının məlumatına görə, Beyl "Tottenhem" oynamaqdan imtina edir və öz transferinin həyata keçirilməsini tələb edir. 

Qaynar.info