İdman 14:29 04.09.2013

"Real"ın ulduzunun qaynatası həbs olundu

İspaniyanın "Real" (Madrid) klubunun 100 milyon avro təki fantastik məbləğə İngilətərənin "Tottenhem" klubundan satın alaraq transfer rekordu vurduğu oyunçu Qaret Beyl şokdadır.

Onun qeyri-rəsmi nikahda yaşadığı Emmanın atası Martin Rays-Cons ABŞ-da həbs olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 49 yaşlı iş adamı 3,8 milyon dollar məbləğində maliyyə fırıldaqlarında suçlanır.
Rays-Consa qarşı irəli sürülmüş ittihamlar təsdiqlənərsə, onu 30 illik həbs gözləyir.
İspaniyada həbs olunmuş Martin Rays-Cons Birləşmiş Ştatlara ekstradisiya olunub, Nyu-York həbsxanasına salınıb.

Nyu-York polisindən verilən məlumata görə, telemarketinq biznesi ilə məşğul olan Martin Rays-Cons İspaniyanın Barselona şəhəri və Almaniyadakı banklar vasitəsilə "çirkli pulları "Abbey Naptional" bankındakı hesablara yerləşdirərək "yuyub".
Rays-Consun suçlandığı maliyyə fırıldaqları ilə bağlı əməliyyatda 11 nəfər tutulub.
Qaret Beylin qaynatası arvadı Syuzanla 2006-ci ildə boşanandan sonra Britaniyanın Kardiff şəhərini tərk edərək İspaniyaya yollanmış və orada yaşamağa başlamışdı.

Qari Beylin xanımı Emma və qızı Alba Violet hazırda Madriddədirlər.

Futbolçunun xanımının nənəsi, 71 yaşlı Qreys Rays-Cons olayla bağlı açıqlama vermək istəməyib: "Mənə dedilər ki, oğlumun həbsi barədə heç nə danışmayım. Martinin harada olduğunu bilmirəm".

Qaynar.info