İdman 10:54 30.05.2013

"Ronaldonu verməyəcəyik!" - QƏTİ QƏRAR

"Real" Ronaldonu heç vaxt verməyəcək, hətta milyon avroya belə". 

Qaynar.info-nun məlumatına görə, bu barədə Madridin "Real" klubunun prezidenti Florentino Peres Ronaldonun transferi ətrafında yaranan söz-söhbətlərə münasibət bildirərkən deyib. 

"Ronaldo heç yana getmir. Onun madridlə hələ iki illik müqaviləsi var və mən əlimdən gələn hər şeyi edəcəm ki, o, müqaviləni uzatsın. Mən Ronaldonun dünyanın ən yaxşısı hesab edirəm. O, "Real"ın emblemidir" deyə Peres bildirib. 

Peres bütün hədəfinin Ronaldonu karyerasının sonuna qədər "Real" da saxlamaq olduğunu deyib. Onun sözlərinə görə, Ronaldo yaxşı döyüşçüdür, o bütün torfeyləri qazanmaq istəyir və "Real" onun üçün ən ideal yerdir. 

Qaynar.info