Ekonomiks 13:19 23.07.2013

"Samsung" FTB ilə əməkdaşlığa başladı

Cənubi Koreyanın "Samsung" şirkəti ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) ilə yeni müqavilə imzalayıb. 

Qaynar.info-nun məlumatına görə, bu barədə "Wall Street Journal" qəzeti xəbər yayıb. 

Qəzetin yaydığı məlumatda tərəflər arasında bağlanmış müqaviləyə görə, FTB əməkdaşları bundan sonra özlərinə "Samsung Galaxy" cihazlarını alacaqlar. 

"Samsung"un FTB-nin 35 min əməkdaşına Galaxy satması şirkətin satışlarına ciddi təsir göstərəcək. 

Qeyd edək ki, FTB bundan əvvəl Kanadanın "Blackberry" şirkətinin cihazlarından istifadə edirdi. Ekspertlər "Blackberry" ilə müqavilənin ləğv edilməsi şirkətin gələcəyi üçün ciddi təhlükələr yarada biləcəyini bildiriblər. 

Qaynar.info