Ekonomiks 16:52 16.08.2013

"Samsung" yeni GALAXY Tab 3-ü təqdim edir

"Samsung Electronics" şirkəti Samsung GALAXY Tab 3 seriyasından zərif dizayn, çoxsaylı funksiyalar və geniş çeşiddə multimedia proqramları ilə təchiz edilmiş yeni 7, 8 və 10.1 düymlük planşetləri təqdim etdi.

"Samsung Electronics" şirkətinin Qafqaz üzrə direktoru Sangpil Çan tədbirdə çıxış edərək bildirib ki, Samsung şirkəti planşetlərini təkmilləşdirməyə davam edir, onları daha yüngül və funksional imkanlarını artırır. Təkmilləşdirilmiş 7, 8 və 10.1 düymlük planşetlər bir sıra üstünlükləri ilə flaqman mobil cihazlar seriyasının təkamülündə vacib məqam olacaqdır. Onun çıxışından sonra Samsung Electronics şirkətinin Məhsullar üzrə Marketinq meneceri İlkin Qasımov yeni Galaxy Tab 3 planşetlərin texniki göstəriciləri və üstünlükləri barədə məlumat verib. Planşetlər əsas və frontal kameralarla təchiz edilmişdir ki, bunlarla çəkilən şəkillər və videoçarxlar yüksək dəqiqliyi ilə heyrətləndirir. Bu, tez-tez videozənglər edən istifadəçilər üçün xüsusən vacibdir. Samsung GALAXY Tab 3 mobil ƏS-nin ən son versiyası olan Android 4.2 (Jelly Bean) ilə işləyir. Story Album və Group Play xidmətləri şəkillər, sənədlər və multimedia faylları ilə cəld və asan işləməyə, digər istifadəçilərlə bu sənədlərin mübadiləsinə imkan verir.

Tədbirin sonunda Samsung Electronics şirkətinin Azərbaycan Respublikasındakı rəsmi distribyutoru olan İntegral MMC şirkətinin Satış üzrə Direkoru Şahin Sadıxov Samsung Galaxy Tab 3 Azercell ilə birgə olan aksiya barədə məlumat verib . O, bildirib ki, 15.08.2013-cü il tarixindən Azercell abunəçiləri üçün Samsung Galaxy Tab 3 cihazlarına kampaniya keçiriləcək. Kampaniyaya qoşulmaq üçün abunəçi öz nomrəsindən istifadə edə bilər və yaxud yeni nömrə ilə Galaxy Tab 3 cihazını əldə edə bilər. Abunəçi Galaxy Tab 3 cihazı aldıqda, ona 3 ay ərzində hər ay pulsuz 4 GB həcmli Mobil İnternet paketindən istifadə etmək imkanı verilir, 4-cü aydan etibarən isə abunəçi 9 AZN məbləğində abunə haqqı ödəyir. Kampaniyaya Azercell-in rəsmi diler mağazalarından və AzExlərdən qoşulmaq mümkün olacaq.

• Rahat tutulan və daşınan olması. Samsung GALAXY Tab 3 planşetləri kompakt ölçüləri ilə seçilir - onları bir neçə saat fasiləsiz olaraq bir əldə rahatlıqla saxlamaq mümkündür. Əvvəlki Samsung GALAXY Tab 2 seriyası ilə müqayisədə yeni planşetlər daha incə və yüngüldür, lakin özünün lakonik görünüşünü qoruyub saxlamışdır.

• Artırılmış multimedia məhsuldarlığı. Yeni planşet 1.2 GHz parametrli ikinüvəli prosessor bazasında işləyir, bu isə proqram və məzmunun ildırım sürəti ilə yüklənməsinə, sürətli məlumat mübadiləsinə, videolara, proqramlara və oyunlara dərhal daxil olmağa, eləcə də İnternetdə fasiləsiz işləməyə imkan verir. Mobil cihaz 8 yaxud 16 GB daxili yaddaşla təchiz edilmişdir, eləcə də, microSD kartının hesabına 64 GB ölçüyədək artırılma imkanına malikdir. Bu resurs mobil cihazda sevimli şəkillərinizi, musiqi, proqramlar, videolarınızı və başqa məzmunu saxlamaq üçün artıqlaması ilə kifayətdir.

Samsung GALAXY Tab 3 planşeti 1.5 GHz (8 düymlük model) və ya 1.6 GHz (10.1 düymlük model) parametrli ikinüvəli prosessor bazasında işləyir, bu isə proqram və məzmunun ildırım sürəti ilə yüklənməsinə, sürətli məlumat mübadiləsinə, videolara, proqramlara və oyunlara dərhal daxil olmağa, eləcə də İnternetdə fasiləsiz işləməyə imkan verir. Planşetlər 16 GB daxili yaddaşla təchiz edilmişdir, eləcə də, microSD kartının hesabına 64 GB ölçüyədək artırılma imkanına malikdir. Bu məkan mobil cihazda sevimli şəkillərinizi, musiqi, proqramlar, videolarınızı və başqa məzmunu saxlamaq üçün artıqlaması ilə kifayətdir. Keyfiyyətli səsləndirmə sistemləri olan Sound Alive və Dolby texnologiyaları ilə planşetlərdə videolara baxmaqdan və musiqilərə qulaq asmaqdan zövq alacaqsınız.

• Rahat kitab oxuma imkanı. Samsung GALAXY Tab 3 planşetlərində kitab oxumağı xoş və

gözlər üçün təhlükəsiz hala çevirmək üçün xüsusi oxu rejimi təchiz edilmişdir. Bu rejimə keçdikdə, planşet displey parametrlərini (parlaqlıq və fon rəngini) avtomatik olaraq dəyişərək, kağız səhifəni imitasiya edir.

• İstifadəçilər üçün artırılmış imkanlar. Cihaz 3 meqapiksel əsas və 1.3 meqapiksel frontal kamera ilə təchiz edilmişdir. Bu kameraların yüksək dəqiqliyi və rezolyusiyası ilə həyatınızın ən gözəl anlarını əbədiləşdirə bilərsiniz. Mobil ƏS-nin ən son versiyası olan Android 4.1 (Jelly Bean) ilə təchiz edilən bu cihaz ekrana bir neçə dəfə toxunmaqla şəkillər, video və digər məzmunun mübadiləsinə imkan verir.

Planşetlər əsas və frontal kameralarla təchiz edilmişdir ki, bunlarla çəkilən şəkillər və videoçarxlar yüksək dəqiqliyi ilə heyrətləndirir. Bu, tez-tez videozənglər edən istifadəçilər üçün xüsusən vacibdir. Samsung GALAXY Tab 3 mobil ƏS-nin ən son versiyası olan Android 4.2 (Jelly Bean) ilə işləyir. Bu ƏS funksionallığı və yüksək sürətli iş rejimini təmin edir. Samsung GALAXY Tab 3 planşetlərində səyahət zamanı istifadəçiyə kömək edən proqramlar təchiz edilmişdir. Onların arasında S Translator proqramının adını çəkə bilərik. Bu proqram elektron məktubların mətnini, çat mesajlarını və SMS mesajları dərhal ir dildən digərinə tərcümə edir, tərcüməni səsləndirir və səsli daxiletməni dəstəkləyir. S Travel proqramı real vaxt rejimində istifadəçinin yeri haqqında məlumat verir və ona turistik marşrutlar təklif edir. S Travel həmçinin mehmanxanalarda nömrə rezervasiya etməyə, restoranlarda masa rezervasiya etməyə və sair əməliyyatlara imkan verir. Story Album və Group Play xidmətləri şəkillər, sənədlər və multimedia faylları ilə cəld və asan işləməyə, digər istifadəçilərlə bu sənədlərin mübadiləsinə imkan verir.

Samsung Electronics Co., Ltd. - məişət elektronikası və onun istehsalı üçün lazım olan əsas komponentlərin satışı və təminatı üzrə qabaqcıl dünya şirkətlərindəndir. Fasiləsiz innovasiyalar və yeni texnoloji kəşflərin köməyi ilə biz televiziya avadanlıqları, smartfonlar, personal kompüterlər, printerlər, kameralar, məişət texnikası, LTE sistemləri, tibbi avadanlıqlar, yarımötürücülər və LED həllər dünyasını təkmilləşdiririk. Samsung Electronics şirkətinin dünyanın 79 ölkəsində 236 min nəfər işçisi var. Şirkətin illik gəliri 187,8 milyard dollara çatır. Ətraflı məlumatı Samsung-un vebsaytından əldə edə bilərsiniz: www.samsung.com.

7 düymlük Samsung GALAXY Tab 3 cihazının texniki xüsusiyyətləri (SM-T2100):

Şəbəkələr WiFi

3G

- 3G : HSPA+21 / 5.76 Quad 850/900/1900/2100

- 2G : EDGE/GPRS Quad 850/900/1800/1900

Prosessor İkinüvəli prosessor 1,2 GHz

Ekran 7 düym WSVGA(1024 x 600) TFT

Əməliyyat sistemi Android 4.1 (Jelly Bean)

Kamera Əsas: 3-meqapiksel

Frontal: 1.3- meqapiksel

Video Kodeklər: MPEG4, H.264, H.263, WMV

Göstərmə: 1080p Full HD @30fpsкадр/с

Audio Kodeklər: MP3, OGG, AC3, AAC, AAC+, eAAC+, WMA, WAV, FLAC

Xidmətlər və əlavə imkanlar Samsung Apps

Samsung Hub*

- Music Hub/ Game Hub/ Video Hub/ Learning Hub

Samsung Kies,

Samsung Kies Air (Samsung Apps-da yükləmək olar)

Mobil rabitə xidməti Samsung ChatON

Google Mobile Services: Google Search, Gmail, Google Play Store, Google Plus, YouTube,

Google Talk, Google Maps (Turn-by-turn Navigation), Google Now

Rabitə WiFi a/b/g/n (2.4/5 GHz), WiFi Channel Bonding, WiFi Direct

Bluetooth® 3.0

USB 2.0

GPS A-GPS + Qlonass

Sensorlar WiFi: akselerometr, kompas, parlaqlıq sensoru

3G: akselerometr, kompas, parlaqlıq sensoru, giroskop

Yaddaş 8/16 GB daxili yaddaş + 1GB (ОЗУ)

microSD üçün slot (maksimum 64 GB)

Ölçülər 111,1 x 188,0 x 9,9 mm

302 q (Wi-Fi), 306 q (3G)

Akkumlyator Standart litium-ion batareyası, 4,000 мА*saatda

Xidmətlərə çıxış ölkədən asılıdır.

Android, Google, "Google Axtarış", "Google Maps",Gmail, Google Play, Google Plus, YouTube, "Google Təşkilatların ünvanları", "Google Naviqasiya" -Google Inc. şirkətinin əmtəə nişanlarıdır.

Bu sənəddə verilən məhsula aid funksional imkanlar, texniki xüsusiyyətlər və digər məlumatlar, o cümlədən məhsulun faydalı xüsusiyyətlərinə, dizaynına, qiymətinə, komponentlərinə, məhsuldarlığına, imkanlarına dair məlumatlar əlavə bildiriş vermədən dəyişdirilə bilər.

Qaynar.info