Ekonomiks 16:29 19.11.2013

"Sazz" daha bir beynəlxalq forumda - FOTO

“AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə Bankokda keçirilən ITU Telecom World 2013 konfransında Sazz 4G Interneti təmsil edir

Noyabrın 19-da Taylandın paytaxtı Bankokda “İTU Telecom World 2013” sərgi konfransı öz işinə başlayıb. 

Qaynar.info xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında təşkil olunmuş və dünyanın 190-dan çox ölkəsində İKT sahəsində ixtisaslaşan 700-dən artıq qurumun qatıldığı forumda dövlət və hökümət başçıları, mobil operatorlar, internet provayderləri, ekspert və alimlər  iştirak edirlər. 

Azərbaycan bu forumda Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi altında geniş təkibli nümayəndə heyəti ilə təmsil olunur. Sərgidə ölkəmizdə fəaliyyət göstərən 25 İKT şirkəti iştirak edir. 

Tədbir çərçivəsində nazir Əli Abbasovun müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirməsi, habelə konfransda çıxış etməsi gözlənilir. Sərgi-konfransın keçirildiyi günlərdə “Azərbaycan gecəsi” də nəzərdə tutulub. 

Gecəyə konfransda iştirak edən xarici ölkələrin başçıları, hökümət adamları və digər yüksək səviyyəli qonaqlar dəvət alıblar. Ölkəmizin milli pavilyonunda Sazz 4G  İnternet və “Sinam”şirkətləri də yer alır. 

Brendləri “AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə və “Sinam” şirkətinin prezidenti Elçin Əliyev təmsil edir edir. Ceyhun Mollazadə konfrans çərşivəsində keçirilən müxtəlif sessiya və forumlarda iştirak edəcək.

Noyabrın 23-nə qədər davam edəcək konfransda “Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliliyi”, “Rəqəmsal dünyada şəxsi həyatın təhlükəsizliyinin təmin edilməsi”, “XXI əsrdə təhsil sahəsində İKT-nin əhəmiyyəti”, “IPv6 əsasında qurulmuş İnternet” və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, noyabrın 20-də Bankokda daha bir forum, 8-ci GTİ (Global TD-LTE İnitiative) seminarı öz işinə başlayacaq. Seminara xüsusi dəvət alan  Ceyhun Mollazadə burada geniş məruzə ilə çıxış edəcək.

Qaynar.info