Maqazin 20:00 10.11.2014

"Sırğa taxmaq kişilik deyil" - Aşıq Zülfiyyə

Tanınmış aşıq Züfiyyə "Günə Baxan" verilişində qonaq olub. Gecce.az xəbər verir ki, sənətçi müasir gənclərdən danışıb:
 
"Bəzi gənclərimizə baxıb təəssüflənirəm. Cavan oğlanlar Avropa mədəniyyətinə daha çox üstünlük verir. Mən buna yaxşı baxmıram. Avropanın yaxşı qanunları var. Onları götürsək yaxşı olar. Amma bəzi oğlanlar Avropadan sırğa taxmağı, saçlarını 5-6 rəngə boyamağı öyrənir. Sırğa taxmaq kişilik deyil. Kişi xarakterinə uyğun adlandırmıram. Mən bir neçə il öncə Almaniyaya gedəndə ordakı kişilərlə qadınları ayırd edə bilmirdim. Bunları görəndə donub qalmışdım. Gənclər yaxşı yox, pislərə uyğun verir. Bu da hamıya aid deyil". 

Qaynar.info