Ekonomiks 14:24 04.10.2013

"Skype" qadağan edildi

Pakistanda "Skype" proqramı ilə danşmaq istifadə qadağan edilib.

Ans press-in "Euronews"a istinadən verdiyi xəbərə görə, proqrama giriş 3 aylıq əngəllənib.

"Skype"la yanaşı "Viber" və "Whats App" kimi proqramlar da qadağan edilib. Təhlükəsizlik məsələlərinə görə tətbiq edilən qadağa ölkənin Sindh əyalətindəki gizli mesajlaşmanın təmin edilməsindən sonra tətbiq edilib.

Ölkə rəsmiləri vurğulayıblar ki, bu cür xidmətlərdən terrorçu qruplar öz məqsədləri üçün istifadə edirlər.

Qaynar.info