İdman 09:25 15.10.2017

"Sumqayıt” klubundan azadlığa çıxan Nicat Muxtarovla bağlı açıqlama

“Sumqayıt” klubu bir müddət əvvəl həbs olunan futbolçusu Nicat Muxtarovun azadlığa çıxması ilə bağlı mövqeyini açıqlayıb.

"Qaynarinfo"nun report-a istinadən məlumatına görə, Sumqayıt təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin klubdakı taleyi ilə bağlı məhkəmə yekunlaşdıqdan sonra qərar verəcək. 

Bildirilir ki, onun “Sumqayıt”a qayıtması istintaq başa çatandan sonra mümkün olacaq: “Nicat Muxtarov azadlıqdadır, buna sevinirik. İstintaq müddəti bitmədən onun "Sumqayıt"a qayıtması mümkün olmayacaq. Məhkəmə yekunlaşdıqdan sonra klubda qalıb-qalmaması ilə bağlı qərar verəcəyik”.

Qeyd edək ki, N.Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt Telekommunikasiya Qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub.

Qaynarinfo.Az