İdman 14:57 09.08.2013

"Tam əminəm ki, Qarabağ qrup mərhələsinə vəsiqə qazanacaq"

Miro Varvodiç "Gefle" ilə oyundan sonra müsahibə verib.

“Qarabağ”ın qapıçısı Miro Varvodiç Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunundan sonra fikirlərini açıqlayıb. Anspress xəbər verir ki, Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:

“Çətin oyun oldu. Amma komandamız çox yaxşı oynadı. Hamı bir-birinə kömək edirdi. Artıq nəinki inanıram, hətta tam əminəm ki, “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanacaq”.

Qaynar.info