İdman 09:30 28.10.2013

"Traktorsazi" ikinci pilləyə yüksəldi


Futbol üzrə İran çempionatında 14-cü turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, Təbrizin "Traktorsazi" komandası səfərdə "Esteqlal"ın qonağı olub. Görüş Cənubi Azərbaycan klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 4:1.

Qeyd edək ki, bu qalibiyyətdən sonra Təbriz təmsilçisi 26 xalla turnir cədvəlinin ikinci pillsinə yüksəlib. Birinci yerdə olan "Persepolis"in isə 27 xalı var.

Qaynar.info