Dünya 17:24 19.04.2013

"Twitter"-dən yeni musiqi funksiyası

Məşhur sosial şəbəkə "Twitter"  "iTunes", "Spotify" və "Rdio" kimi xidmətlərlə əməkdaşlıq edərək yeni musiqi funksiyasını istifadəyə verib. 

ANN.Az-ın  verdiyi xəbərə görə, "#Music" adlanan applikasiya istifadəçilərə izlədikləri müğənniləri nəzərə alaraq oxşar musiqi təklif edəcək. 

Məsələn, Adel və ya "One Direction" kimi müxtəlif müğənnilərin fanatları bu funksiya sayəsində "Twitter"-i tərk etmədən həmin musiqiçilərin son hitlərinə qulaq asa biləcək. 

"#NowPlaying" adlı ekran "Twitter" istifadəçilərinə izlədikləri insanların hansı mahnıya qulaq asdıqlarını göstərəcək.

Dünən təqdim edilən musiqi funksiyası hələ ki, ABŞ, Kanada, Britaniya, İrlandiya, Avstraliya və Yeni Zellandiya istifadəçiləri üçün mövcuddur. 

Qaynar.info