Maqazin 10:40 12.06.2015

"Vadi"də şok ayrılıq: Leyla öldü - VİDEO

Reytinq rekordçusu “Kurtlart Vadisi Pusu” serialında növbəti ayrılıq baş verib. Anspress-in məlumatına görə, nümayiş olunan son seriyada Polad Alemdarın həyat yoldaşı prokuror Leyla Türkmənin olduğu yaxtada partlayış baş verir. 

Seriyanın finalında baş vermiş partlayışda prokuror Leyla Türkmənin öldüyü göstərilməsə də obrazı canlandıran aktrisa Çiğdem Batur sosial şəbəkədəki şəxsi səhifəsində filmdən ayrıldığını yazır:

“Vidalaşıram. Amma kədərli yox, xöşbəxt bir vidadır bu. Çünki 5 il, tam 163 bölüm müddətində fəaliyyət göstərdiyim şirkətimlə və çəkiliş heyəti ilə heç bir problemim olmadı. “Aramıza xoş gəldin” deyə uzadılan əllərlə qarşılandığım kimi, bu gün alqışlarla, sevgi və hörmətlə yola salındım...”. 

Qeyd edək ki, Çiğdem Batur həmçinin yazdığı mesajda çəkiliş heyəti, aktyor qrupu və ondan dəstəyini əsirgəməmiş tamaşaçılara da təşəkkürünü bildirir. 

Həmçinin ötən gecə nümayiş olunan 363-cü seriya mövsümün final nümayişi olub. 



Qaynar.info