Maqazin 15:21 15.11.2014

"Vallah gələcəkdə aralarında nəsə olacağ..." - Rəqsanə qızından danışdı

Müğənni Rəqsanə İsmayılova qızı Aysunla türkiyəli müğənni Ozanın arasında olan münasibətdən danışıb. Qızı və Ozan arasında sevgi olduğunu nə inkar, nə də ki, təsdiq etməyən R. İsmayılova atvxəbər.az-a açıqlamasında belə qeyd edib:

 "Ozan mənim evimin içinə gəlib, gedən adamdır. Aysun Ozanı çox istəyir. Vallah gələcəkdə aralarında nəsə olacağı barədə heç nə deyə bilmərəm. Qismət... Amma Aysun bu dəqiqə ərə getmək istəmir, kariyerası barədə düşünür. Gələcəkdə özü necə istəsə, qızım nə qərar versə valideyni kimi həmişə yanındayam, dəstəyəm".

Qaynar.info