Sənət 13:01 24.07.2014

"Övladlarımdan utanıram, xəcalət çəkirəm" - Xalq artisti


Azərbaycanın xalq artisti Valeh Kərimovu “Bəxt üzüyü” filmindən yaxşı tanıyırıq. Onun canlandırdığı şair Moşu Göyəzənli obrazı hər kəsin xatirindədir.

Milli.Az-a müsahibə verən aktyor övladlarının işsiz qalmasından şikayətlənib:

"Övladlarım üçün istədiyim şəraiti düzəldə bilməmişəm. Buna görə utanıram, xəcalət çəkirəm. Bunu deməkdən də utanmıram. Çünki hal-hazırda işsizdirlər. İşləri yoxdur əllərində və bu məsələ məni utandırır.

Böyük oğlum Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib. Kiçik oğlum gördü ki, qardaşı oxuyub işsiz qaldı, oxumadı. Getdi əsgərliyini çəkdi gəldi. İndi qalıb çöllərdə. İşi yoxdur. Bax buna görə mən utanıram. Böyük oğlum ailəlidir, ancaq kiçik oğlum ailə qura bilmir. Deyir ki, mənim işim yoxdur, necə ailə qurum? Yaşım artıq çoxdur. İstərdim onun da toyun görüm. Tutaq ki, indi mən Prezident təqaüdü alıram, onları dolandırıram. Bəs sabah mən öləndən sonra onlar nə edəcək?"

Qaynar.info