Ekonomiks 21:39 07.11.2014

"Whatsapp"dan "yuva dağıdan" tətbiq - FOTO

"Whatsapp"ın "yuva yıxacaq"  mavi işarə xüsusiyyəti, istifadəçilərin atdıqları mesajları qarşı tərəfin həqiqətən oxuyub-oxumadığını görə bilməsini təmin edir. Bu xüsusiyyət bəzi insanları narahat edir.


Bəs mavi işarədən necə xilas olmaq olar?

Əlbəttə Whatsappın bu yeni xüsusiyyətini deaktivləşdirmək şansınız yoxdur; amma bəzi üsulları sınayaraq qarşı tərəfin mesajlarını oxunduğunuzu görməsinə mane olmaq şansınız var.

Bunun üçün məsələn həm Android, həm də iOS yüklü iPhonelarınızı təyyarə rejiminə alaraq və ya interneti tamamilə kəsərək gələn mesaja baxa, daha sonra o mesajı silərək Whatsappı bağlayıb təyyarə rejimindən çıxa bilərsiniz. Beləcə qarşı tərəfin mesajınızı oxuduğunuzu anlaması mümkün deyil.

Digər yol isə gələn mesajı oxumaqla əlaqədardır. Məsələn A adlı şəxsdən sizə bir mesaj gəlib. Siz Whatsappa girəndə onunla olan söhbət pəncərəsini açmadığınız təqdirdə onun cüt mavi simvolu görməsi mümkün deyil; amma A-ın atdığı mesajı açsanız mavi işarələri avtomatik olaraq qarşı tərəf görəcək.  (movqe.az)

Qaynar.info