Dünya 12:38 04.09.2013

"Wikileaks casusu" Obamadan əfv dilədi

ABŞ-ın gizli sənədlərini "Wikileaks"ə ötürməkdə təqsirləndirilərək 35 il azadlıqdan məhrum edilən Bredli Manninq prezident Barak Obamaya əfv məktubu göndərib. 

Qaynar.info xəbər verir ki, Manninq əfv məktubunda ABŞ-da heç kimə zərər vermək istəmədiyini, sadəcə insanlara yardım etmək istədiyini yazıb. 

Qeyd edək ki, 2010-cu ilin mayında Əfqanıstanda xidmət edərkən həbs olunan Manninq "Wikileaks"in internet səhifəsində mülki vətəndaşların öldürüldüyü hava hücumu ilə bağlı videoları, Əfqanıstan və İraq cəbhəsində baş verən hadisələri və Quantanamo həbsxanasında saxlanılan məhkumlar və Dövlət Departamentinə aid yüz minlərlə sənədləri yaymaqda ittiham olunmuşdu. 

Qaynar.info