Ekonomiks 15:35 17.04.2013

"Windows" çökdü - EKSKLÜZİV

Microsoft-da ciddi problem yaranıb. Belə ki, şirkət hər ayın ikinci çərşənbə axşamı yenilənmə (update) paketləri ilə sistemdə olan açıqları bağlayırdı.

Qaynar.info xarici mətbuata istinadən  xəbər verir ki, son günlərdə yayımlanan 2823324 nömrəli təhlükəsizilk yenilənməsi bəzi problemlərə səbəb oldu.

Microsoftdan yaylan məlumata görə buna səbəb bu yenilənmənin əvvəlki yenilənmə hissələri ilə toqquşması olub.

Problemin kompüterlərin ilkin işəsalma sisteminin kəsilməsinə səbəb olacaq qədər ciddi olduğu bildirilir. Vəziyyətdən tək çıxış yolu kompüteri yenilənmədən əvvəlki tarixə qaytarmaqdır. 

Microsoft bu problemi aradan qaldırmaq üçün artıq əməliyyata başlayıb.

Qaynar.info