İdman 16:00 27.01.2014

"Xəzər Lənkəran” növbəti transferi rəsmiləşdirdi


"Xəzər Lənkəran" braziliyalı müdafiəçi Uilliam Tyeqo de Jesusla münasibətləri rəsmilşdirib.


Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Xəzər Lənkəran"la Tyeqo de Jesus arasında növbəti mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.

 Karyerasına "Sergipe" klubunda başlayan Tyeqo, 2007-ci ildə məşhur "Qremio"nun heyətinə cəlb olunub. "Qremio" ilə Braziliya A Seriyası və Libertadores kubokunda çıxış etmiş futbolçu bu klubda olduğu müddət ərzində toplam 50-dən çox oyunda forma geyinib.
 
Bir mövsüm Yaponiyanın "Kyoto Sanqa" klubunda forma geyindikdən sonra müdafiəçi ölkəsinin "Bahia" və "Seara" klublarında oynayıb.
 
2013-cü ilin əvvəlində isə Tyeqo "Fiqeyrense" ilə anlaşıb. Bu komandanın aparıcı üzvünə çevrilən 27 yaşlı arxa xətt oyunçusu təqvim ili ərzində 40-dan çox oyunda əvəz olunmadan meydanda olub.

Qaynar.info