İdman 23:25 22.06.2013

"Xəzər Lənkəran" 3 futbolçudan imtina etdi

Cənub təmsilçisi mübarizə aparacağı Avropa Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

Almaniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” mübarizə aparacağı Avropa Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Apasport.az saytının xəbərinə görə, hazırda “ağ-yaşıllar”ın düşərgəsində 23 futbolçu olsa da, onlardan ən azı üçü siyahıdan kənarda qalacaq.

Bundan başqa, sifariş ərizəsində 2 əcnəbi qapıçı olsa da, braziliyalı Duqlas Leytonla hələlik rəsmi müqavilə bağlanılmadığı üçün onun da adı siyahıdan çıxarıla bilər. Bu gündən fərdi məşqlərə başlayan Pərdis Fərcad-Azadın isə cənub təmsilçisində qalıb-qalmayacağı bəlli deyil. Yığmamızın milliləşdirilən legioneri bazar ertəsi tibbi müayinədən keçəcək və hər şey bundan sonra müəyyənləşəcək. 

Adı siyahıdan çıxarılan digər futbolçu isə 21 yaşadək millimizin üzvü Kamran Abdullazadədir. 

25. Orxan Sadıqlı

30. Toni Doblas

33. Duqlas Leyte

3. Vanderson Skarduelli

4. Alvaro Silva

5. Elnur Allahverdiyev

6. Rasim Ramaldanov

27. Manuel Skarlatake

7. Sadio Tounkara

8. Eder Bonfim

9. Uğur Pamuk

10. Elnur Abdullayev

11. Zohair Benouahi

12. Junior Nildo

14. Rahid Əmirquliyev (k)

16. Adrian Pit

17. Kazim Kazımlı

21. Radomir Todorov

23. Nikola Qliqorov

55. Ağabala Ramazanov

97. Elnur Cəfərov

99. Marin Orsuliç