İdman 09:11 05.09.2013

"Xəzər Lənkəran" La Liqadan futbolçu gətirir?

Transfer pəncərəsi bağlansa da, bəzi klublarımız axtarışlarını davam etdirir. Bunun səbəbi isə FİFA-nın klubsuz futbolçulara ilin istənilən vaxtı müqavilə bağlamaq imkanı verməsidi. Axtarışda olan klublardan biri də "Xəzər Lənkəran"dı.

Fanat.az xəbər verir ki, cənub klubunun İspaniyadan daha bir futbolçunu heyətinə qatmaq istədiyi deyilir. Bu, "Saraqosa"nın Apono ləqəbli oyunçusudu. Onun klubla müqaviləsi başa çatıb və "Xəzər Lənkəran"a keçə bilər.

Qeyd edək ki, tam adı Antonio Galdeano Benites olan 29 yaşlı yarımmüdafiəçi karyerasına "Pedro"da başlayıb (2003-2004). 2004-2007-ci illərdə "Marbella"da çıxış edən (84 oyun, 13 qol) futbolçu 2007-də keçdiyi "Malaqa"da 5 il oynayıb (120 oyun, 15 qol). 2012-ci ildə "Saraqosa"ya icarəyə verilən Apona (17 oyun, 5 qol) ötən mövsümün əvvəlində bu kluba transfer olunub. La Liqada 32 oyuna çıxan yarımmüdafiəçi 9 qola imza atıb. Amma bu "Saraqosa"nın La Liqada qalması üçün yetərli olmayıb. Komanda mövsümü 20-ci pillədə başa vuraraq Sequndaya düşüb.

Qaynar.info