İdman 12:45 07.07.2014

"Xəzər Lənkəran" məşhur futbolçuya 3 milyon təklif etdi


"Xəzər Lənkəran" Türkiyədən futbolçu transfer edir. Fanat.az xəbər verir ki, Lənkəran klubu İbrahim Toramanı heyətinə qatmağa hazırlaşır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, "Xəzər Lənkəran" "Beşiktaş"ın heyətində saxlamaq istəmədiyi kapitana illik 1,5 milyon avro təklif edib. Anlaşmanın müddəti 2 il olacaq.

Qeyd edək ki, 2004-cü ildə "Qaziantepspor"dan "Beşiktaş"a keçən İbrahim həmsin vaxtdan İstanbul klubunda çıxış edir. Slaven Biliçin ötən mövsüm demək olar ki, oynatmadığı 32 yaşlı mərkəz müdafiəçisi Türkiyə yığmasında 31 oyun keçirib və 1 qol vurub. Toramanı qışda Mustafa Dənizli də ölkəmizə gətirmək istəyirdi.

Qaynar.info