İdman 10:38 28.09.2013

"Xəzər Lənkəran" yenə uduzdu


Topaz Premyer Liqasının VIII turunun oyunları start verilib.
Fanat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda "Xəzər Lənkəran" "İnter"i qəbul edib. Mövsümə uğursuz başlayan və 7 turda cəmi 4 xal qazanan "İnter" "qara zolaq"dan "Fırtınalar meydanı"nda çıxıb. Bank klubuna qələbə qazandıran yeganə qola 10-cu dəqiqədə Matiya Şpiçiç imza atıb - 1:0. Beləliklə, "Xəzər Lənkəran"ın ardıcıl iki oyunda qələbə qazandıqdan sonra doğma azarkeşləri önündə məğlubiyyətə üzülüb.

Qeyd edək ki, turun iki oyunu sabah, ikisi isə bazar günü baş tutacaq.

Premyer Liqa
2013/14 mövsümü
VIII tur

27 sentyabr
Xəzər Lənkəran - İnter 0:1
Qol: Matiya Şpiçiç, 10.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov (18. Tural Cəlilov, 69), 10. Elnur Abdullayev, 11. Zohair Benouahi (55. Ağabala Ramazanov, 73), 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 20. Mbilla Etame, 22. Deyvid Sakkoni (7. Sadio Tounkara, 46), 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 21. Radomir Todorov, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Con Toşak.

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 9. Aleksandr İaşvili (11. Asif Məmmədov, 53), 14. İlqar Ələkbərov, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze, 33. Matiya Spiçiç, 70. Vaqif Cavadov (k) (7. Ruslan Əmircanov, 56), 88. Derlis Meza Kolli (5. Slavko Georgievski, 86).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 22. İlço Naumoski, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.

Sarı vərəqələr: Rahid Əmirquliyev, 76 (qeyri-idman hərəkəti) - Aleksandr İaşvili, 31 (qeyri-idman hərəkəti). Səlahət Ağayev, 36 (bilərəkdən vaxtı uzatdığına görə). Vaqif Cavadov, 45+2 (qeyri-idman hərəkəti). İlqar Ələkbərov, 57 (qeyri-idman hərəkəti). Baçana Tsxadadze, 58 (simulyasiya).

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran şəhər stadionu. 6500 tamaşaçı.

Qaynar.info