Sənət 12:50 07.10.2014

"Yuxu"nun rejissorundan yeni film - TƏQDİMAT / FOTO


Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” filmi təqdim ediləcək.

Qaynar.info verir ki, təqdimat mərasimi oktyabrın 17-də Nizami Kino Mərkəzində olacaq.

Qeyd edək ki, ironik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.

“Axırıncı dayanacaq” filminin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımovdur.

Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkiliblər.

Qeyd edək ki, Fikrət Əliyev məşhur "Yuxu" filminin rejissorudur.

Qaynar.info