Sənət 14:26 07.05.2014

"Zero"da Dostoyevskinin təqdimatı

Mayın 10-da, saat 15:00-da "Zero" Kitab evində Fyodr Dostoyevskinin "Əbədi ər" romanının təqdimatı keçiriləcək. 

"Əbədi ər" romanında qəzəb və nifrətin sevgini necə məhv etdiyi göstərilir. Ancaq bütün bunar o demək deyil ki, nifrət güclü, sevgi isə zəifdir.

Bu romanı oxusanız, ərləri vasitəsi ilə oynaş tapan qadınların iç üzünü görəcək, pis əməllərin və günahın son nəfəsədək insanın yaxasını buraxmamağının, yaddaşın əzab verməsinin, dost xəyanətinin mahiyyətini anlayacaqsınız. Tərcümə: Qılman İlkin, redaktor: Fərid Hüseyn.

Kitab "Zero" Nəşriyyatında çap olunub, qiyməti 5 manatdır. 

Təqdimat günü "Əbədi ər" əldə edən şəxslər "Zero" Kitab Evindəki bütün kitabları 20 faiz endirimlə ala biləcəklər.

Ünvan: "Zero" Kitab Evi, İstiqlaliyyət 71 (Sabir bağı ilə üzbəüz).

Qaynar.info