Dünya 12:38 14.11.2019

Quraqlıq fəlakət törətdi: 200 fil öldü, minlərlə heyvan isə...

Zimbabvedə quraqlıq azı 200 filin ölümünə səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Zimbabve Milli Parklar və Vəhşi Təbiət İdarə Təşkilatının sözçüsü Tinaşe Faravo məlumat verib. Onun sözlərinə görə, oktyabr ayından bəri müşahidə edilən quraqlıq nəticəsində Hvanqe Milli Parkında azı 200 fil ölüb. 

Yağmursuz və isti dövr zürafə, ceyran və digər canlıların da tələfatı ilə nəticələnib.

600 fil, iki aslan sürüsü, zürafə, antilop və s. heyvanlar daha əlverişli bölgələrə köçürüləcək.

Qeyd edək ki, Zimbabvedə təxminən 85 min fil yaşayır.

Gülşən