İdman 19:00 18.12.2017

Qurban Qurbanov "Çelsi"nin, Rəşad Sadıqov "Mançester Siti"nin düşərgəsində (FOTOLAR)

Azərbaycan millisi və "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Londona yollanıb.

Qaynarinfo xəbər verir ki, təcrübəli çalışdırıcı "Çelsi”nin düşərgəsindədir. O, İngiltərə təmsilçisinin baş məşqçisi Antonio Konte ilə görüşüb. Görüş Qurbanovun iş təcrübəsinin artırılmasına hesablanıb. 

Qurbanovu "Qarabağ”ın baş meneceri Asif Əsgərov müşayiət edir.



21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində İngiltərənin "Mançestir Siti" klubunun düşərgəsində iki günlük təcrübə keçib.

"Qarabağ”ın kapitanı bu müddət ərzində "şəhərlilər”in strukturu ilə tanış olmaqla yanaşı, komandanın İngiltərə Premyer Liqasının XVIII turunda "Tottenhem"ə qarşı matçını və məşqini canlı izləyib.

Qeyd edək ki, məşqi izləyənlər arasında Dortmund "Borussiya”sının sabiq baş məşqçisi Tomas Tuxel və Braziliya milli komandasının qapıçılar üzrə məşqçisi Klaudio Taffarel də olub. Sadıqov "Mançester Siti"dən əvvəl İtaliyanın "Roma" klubunun düşərgəsində təcrübə keçib.