İdman 16:07 05.04.2018

Qurban Qurbanov Elvin Yunuszadəni bağışladı

"Qarabağ"ın və millimizin baş məşqçisi Qurban Qurbanov Elvin Yunuszadə ilə bağlı qərar verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə azerisport.az məlumat yayıb. 

Mütəxəssis intizamsızliğa cəzalandırdığı futbolçunu bağışlayıb. 

Artıq müdafiəçi komanda ilə birgə məşq edir. Onun cəzası 2 həftə davam edib. 

Qeyd edək ki, Elvin Yunuszadə millinin Belarus ilə oyununun hazırlıq məşqinə gecikdiyi üçün komandadan kənarlaşdırılmışdı.