İdman 21:35 22.04.2018

Qurban Qurbanov Mircavadovun rekordunu təkrarladı (SİYAHI)

Topaz Premyer Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib. XXIV turda "Sumqayıt"ı yenən "Qarabağ" sona 4 tur qalmış çempionluğunu elan edib.

Qaynarinfo xəbər verir ki, bununla da Qurban Qurbanov baş məşqçi kimi 5-ci çempionluğunu qazanıb. O, bütün qızıl medallara "Qarabağ"da vəardıcıl 5 mövsümdə sahib çıxıb. 

Qurban Qurbanov 2012/13 mövsümündə Premyer Liqanın gümüş, 2009/10 və 2010/11 mövsümlərində bürünc medalını qazanıb. O, həmçinin futbolçu kimi bir dəfə "Turan"la, 3 dəfə "Neftçi" ilə Azərbaycan çempionu olub.

Qurban Qurbanov çempion olmuş məşqçilərin siyahısında Ağasəlim Mircavadova çatıb. Mircavadov bu uğurları 3 klubla ("Şəmkir", "Neftçi" və "Xəzər Lənkəran"la qazanıb.

Çempion olmuş 10 məşqçidən 3-ü əcnəbidi. Onlardan Qyoko Hacievski "Bakı", Valentin XodukinKaxaber Tsxadadze "İnter"lə çempionluq sevinci yaşayıb.

Çempion olmuş bütün məşqçilər:

1. Qurban Qurbanov - 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18
2. Ağasəlim Mircavadov - 1993, 1999/00, 2000/01, 2004/05, 2006/07
3. Kazbek Tuayev - 1993/94, 1995/96, 1996/97, 2003/04
4. Böyükağa Hacıyev - 2005/06, 2011/12, 2012/13
5. Mehman Allahverdiyev - 1994/95, 1997/98, 1998/99
6. Əhməd Ələsgərov - 1992
7. Arif Əsədov - 2010/11
8. Qyoko Hacıyevski- 2008/09
9. Kaxaber Sxadadze - 2009/10
10. Valentin Xodukin - 2007/08