İdman 19:10 16.11.2018

Qurban Qurbanov: "Çox danışmağa ehtiyac yoxdu, hər şey aydındı"

"Çox danışmağa ehtiyac yoxdu, hər şey aydındı. Oyuna pis hazırlaşmamışıq. Düzgün oyun qurmağa çalışacağıq".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adaları komandası ilə ev oyunundan əvvəl deyib.

Qurban Qurbanov rəqibin baş məşqçisi və kapitanının iddialı çıxışına da münasibət bildirib: "Rəqibi yaxşı tanıyırıq. Onlarla səfər matçımız olub. Hər bir komanda iddialı danışmalıdı. Biz də iddialıyıq. Rəqibin sürprizlərinə hazır olacağıq".

Baş məşqçi "Sabah və Kosovoya qarşı iki hücumçuyla oynamaq versiyası varmı" sualına belə cavab verib: "Futbolçulardan daim tələb edirəm ki, hücuma çox oyunçuyla çıxsınlar. Bu səbəbdən də meydanda nominal hücumçu sayı rol oynamır. Əsas odu ki, öz dəst-xəttimizi qoruyaq".

Qurban Qurbanov Pavel Paşayevinin vəziyyətinin yaxşı olduğunu bildirib.