İdman 23:10 10.01.2018

Qurban Qurbanov Şehiçə icazə verdi

"Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb.

"Qafqazinfo” xəbər verir ki, qapıçı yanvarın 28-i ABŞ, yanvarın 31-i isə Meksikayla matçların heyətində yer alıb.

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şehiçin Antalyadakı təlim-məşqi tərk edərək milliyə yollanmasına icazə verib.

Qeyd edək ki, hazırda Bosniya və Herseqovina yığmasını millimizin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır.