Azərbaycanlı futbolçu Ayaz Quliyev "Anji"dən ayrılıb.
Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, Moskva "Spartak"ına məxsus olan, "Anji"də icarə əsasında çıxış edən Ayazla müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
21 yaşlı yarımmüdafiəçi ötən ilin fevralında "Anji"yə icarəyə verilib. Bu müddətdə Mahaçqala klubunun heyətində 23 rəsmi oyuna çıxaraq 1515 dəqiqə oynayaraq 1 qol vuraraq.
Qeyd edək ki, Ayaz Quliyevin milli komandamızda çıxış etmək eştimalı var. Ötən ilin dekabrında AFFA-da keçirilən mətbuat konfransında bu barədə Qurban Qurbanov məlumat vermişdi. Millinin baş məşqçisi gənc futbolçunun yığmamızda oynamaq istəyinə və buna hazır olmasına münasibət bildirərkən nə vaxt görsə ki, onun milli üçün faydası olacaq, bundan sonra danışıqlara başlayacaqlarını demişdi: "Futbolçuların hamısına diqqət ayrılır. Ayaz Quliyev də onların sırasındadı. Yanvardan sonra bu məsələ ilə bağlı işimizi davam etdirəcəyik".
AFFA-nın baş katibi Elxan Məmmədov da xaricdəki azərbaycanlı futbolçularla danışıqların olduğunu deyib: "İki il əvvəl Ayazla görüşmüşdüm. Son qərar onun yox, Qurban Qurbanovun olacaq".
Şərhlər