Qurbanov oğlunu əsas heyətdə oynatdı

Qurbanov oğlunu əsas heyətdə oynatdı

"Qarabağ” yoxlama matçı keçirib.

Qaynarinfo xəbər verir ki, "Səbail”lə qarşılaşan Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Meydan sahiblərinin heyətində Dani Kintana, Filip Ozobiç və Toral Bayramov fərqlənibsə, qonaqların qoluna Fəhmin Muradbəyli imza atıb.

Qeyd edək ki, "Qarabağ”ın oyuna çıxdığı start heyətdə Qurban Qurbanovun oğlu Musa Qurbanlı da yer alıb. O, bunadək "atlılar”ın əvəzedici komandasında çıxış edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR