Sağlamlıq 15:52 22.11.2019

Qüsursuz Nitq Korreksiya Mərkəzindən təqdirəlayiq addım

Azərbaycanın loqopediya sahəsində tanınan Qüsursuz Nitq Korreksiya Mərkəzi maddi vəziyyəti ağır olan Şabran rayon sakini 12 yaşlı Samirə Məmmədovanın müalicəsini öz üzərinə götürüb. 

Qeyd edək ki, Samirə Məmmədova eşitmə və danışma qüsurludu. Qüsursuz Nitq Korrksiya Mərkəzindən verilən məlumatda bildirilir ki, Şabran rayon sakininin anası eşitmə və danışma qüsurlu olan qızının müalicəsi üçün mərkəzə müraciət edib. Maddi vəziyyətlərinin ağır olduğu üçün mərkəz rəhbəri Esmira Qafarovanın təşəbbüsü ilə 12 yaşlı qız müalicə xərclərindən azad olunub.