Foto 13:02 25.12.2017

Quyruqlu uşağa sitayiş edirlər (FOTOLAR)

Hindistanın Uttar Pradeş şəhərindəki bir kənddə yaşayan quyruqlu uşaq əhali tərəfindən Tanrı kimi qəbul edilir. 

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, insanlar 3 yaşlı Krişna Yadava ibadət edirlər. Körpə meymun tanrısı Bajrangbalın reinkarnasiyası hesab edilir. Yadav quyruğunun əməliyyatla götürülməsi üçün hər dəfə xəstəxanaya aparılanda xəstələnir və prosesi gerçəkləşdirmək mümkün olmur. 

Körpənin atası Ramsundar Yadav oğlunu meymun tanrısının reinkarnasiyası adlandırsa da, həkimlər quyruğu artıq ət parçası hesab edirlər. 

Kukudi kəndində yaşayan Yadavı ziyarət üçün kənar yerlərdən çox sayda insan gəlir. Uşağın 22 yaşlı anası bildirir ki, qonşuları oğluna ibadət edirlər və hər dəfə əməliyyatın baş tutmaması üçün bir problem yaranır.

Gülşən