Qvatemalada vulkan faciəsi: ölənlərin sayı 69-a çatdı (VİDEO)
Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı artıb.
Qaynarinfo xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 69-a çatıb. İndiyə qədər həlak olanlardan yalnız 17-sinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.
Həyatlarını itirənlərin əksəriyyəti Eskuintla departamentinin sakinləridir - 54 nəfər. Təbii fəlakət səbəbindən 3 mindən artıq insan təxliyə edilib. Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.
Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər