Ölkə 15:28 11.10.2013

(R) Övladlarınız üçün möhtəşəm yenilik - VİDEO

Uşaqların danışmağa başlaması və əcnəbi dil öyrənmə arasında müəyyən fərqlər olsa da, bunlar mahiyyət və nəticə etibarilə üst-üstə düşür. 

Yəni yenicə dil açmağa başlayan uşaqlar əsasən dili eşidir, mimika və reaksiyalarda “görür”, sözü yanlış-doğru öyrənir, qavrayır və nəhayət, danışmağa başlayır. Əvvəlcə bir neçə kəlmə öyrənir, sonra sözlərin sayını artırır, ardınca bəsit cümlələr qurur.

Beləliklə, hər bir uşaq ətrafında danışılan dili dörd-beş yaşına qədər asanlıqla öyrənir. Uşaqların danışması şüurlu proses deyildir; onlar nə bunu qarşılarına məqsəd qoyur, nə öyrənmək üçün hər hansı bir dili seçir, nə də məktəbə gedirlər. Çünki onların dilöyrənmə qabiliyyəti anadangəlmədir. Beyin dil öyrənmədə mühüm rol oynayır. Belə ki, beyinin sol yarımkürəsində yerləşən “dil öyrənmə” mərkəzi ilk yaşlardan çox aktiv olur və bu aktivlik yeniyetməlik dövrünə − 14 – 15 yaşlara doğru gedikcə azalır. Sağ və sol beyin yarımkürələrinin inkişafının yeniyetməlik dövründə əsasən başa çatması ilə dil öyrənmə də ilk illərə nisbətən çətinləşir.

Əcnəbi bir dili öyrənmək üçün ən səmərəli dövr təxminən üç-yeddi yaş dövrü hesab olunur. Bu istiqamətdə xeyli tədiqatlar aparılmışdır. Məsələn, amerikalı alim  J. S Conson ABŞ-da yaşayan əcnəbilərin ingilis dilini öyrənmə qabiliyyətini araşdırmış, onları “yeddi yaşa qədər”, “7-15 yaş” və “15 yaşdan sonra” kimi yaş qruplarında birləşdirmiş və qrupların qrammatik bilikləri müqayisə etmişdir. Nəticə olaraq, ingilis dilini 7 və daha kiçik yaşda öyrənənlərlə ana dili ingilis dili olanlar arasında heç bir fərq müşahidə etməmişdir. Digər qruplarda isə nəzərə çarpacaq dərəcədə fərqlərə rast gəlmişdir. Demək ki, əcnəbi dilin öyrənilməsində ideal və ən səmərəli mərhələ  3-7 yaş arasıdır. Onun ardınca 7-15 yaş dövrü gəlir. Hər yaş dövrü kimi  3-7 yaş dövrünün də spesfik xüsusiyyətləri və tələbləri var.

Belə ki bu yaşda olan uşaqlar oynamağa və əylənməyə meyillidirlər. Həyat onlar üçün oyundan ibarətdir, oxumaq da, yazmaq da, şeir əzbərləmək də, nəhayət, dil öyrənmək də. Biz də  bütün bunları nəzərə alaraq uşaqların ingiliscəni daha asan və  məhz uşaq “dili”ndə öyrənməsini təmin etmək üçün gərgin axtarış və zəhmətdən sonra “Danışan Kitablar” ideyası çərçivəsində “Ağıllı qələm”  layihəsini həyata keçirdik.

Bəs “Ağıllı Qələm” nədir? “Ağıllı Qələm” yapon alimlərinin son texnoloji nailiyyətlərinin (informasiyanın kağızdan oxunması) imkanları əsasında mütəxəssislərin rəhbərliyi altında hazırlanmış ingilis dilini praktik metodlarla öyrədən tədris vəsaitidir, başqa sözlə, fərdi ingilis dili müəllimidir.

Layihədə məqsəd məktəbəqədərki dövrdə uşaqları ingilis dilini öyrənməyə təşviq etmək, onlarda 1000-2000 civarında söz ehtiyatı formalaşdırmaq və onların birinci sinfə qədəm qoyarkən ingilis dilində hazırlıqlı olmasını təmin etməkdir.
“Ağıllı Qələm”in xüsusiyyətləri:

1. Tetra “Ağıllı qələmi”nin satış dəsti dərslik və ağıllı qələmdən ibarətdir. Dərsə başlamaq üçün qələmi kitabın üz qapağına toxundurmaqla kitabı qələmə tanıtmaq lazımdır. Qeyd edək ki, “Ağıllı Qələm”dən istifadə qaydaları hər bir dərsliyin son səhifəsində verilir.

2. Əlifbanı öyrənmə. İlk səhifədə ingilis dilinin əlifbası verilmişdir. Qələmi hərflərə toxundurmaqla onların tələffüzünü və hər bir hərfə uyğun verilən söz nümunəsini dinləyirik. Məsələn; hərf: B, b, söz nümunəsi: bear [bi:]− ayı və ayının şəkli. Beləliklə, həm hərfi görür, həm tələffüzünü eşidir, həm də söz nümunəsinin şəklinə baxırıq. Eyni anda eşitmə və görmə yaddaşının birgə fəaliyyəti təmin olunur.

3. Mövzunun izahı. Hər mövzunun əvvəlində “İzah” işarəsi var. Qələmi ona toxundurmaqla mövzu haqqında qısa məlumat əldə edirik.

4. Söz öyrənmə. Sözlərin  mövzu üzrə qruplaşdırılması öyrənilməsini asanlaşdırır. Hər dəfə qələmi sözlərə toxundurmaqla ingilis dilində tələffüzünü və tərcüməsini dinləyir  və öyrənirik.

5. Biliyi yoxlama. “Ağıllı Qələmi” hər səhifənin aşağı hissəsində olan “sual” işarəsinə  toxundurmaqla səhifəni necə öyrəndiyimizi yoxlaya bilərik. Bu zaman “AğıllıQələm” sözü tələffüz edir, siz də onu səhifədə göstərirsiniz. Cavab doğrudursa, qələm alqış sədaları altında “Afərin, doğrudur” deyir, səhvdirsə, “Musiqili nida” səsi eşidilir. Sual-cavab əməliyyatını bitirmədən növbəti səhifəyə keçmək üçün “Stop” işarəsindən istifadə etmək lazımdır.

6. Musiqili səhifələr. Hər kitabın sonunda uşaqların yaş psixologiyasına uyğun musiqili səhifələr var. Uşaqlar öyrəndiyi sözləri musiqi ilə dinləyib əylənə-əylənə təkrar edə bilərlər.

7. Xatırlatma funksiyası. Qələm uşaqların cavablarına münasibət bildirməklə onları həvəsləndirir və ya tənbeh edir. Həmçinin uşaq qələmi qoyub gedəndə üç dəfə xəbərdarlıqdan sonra avtomatik sönür. Bununla həm də enerjiyə qənaət edir.

8. “Ağıllı Qələm”in oturacağı. Uşaqlar yemək yeyərkən və ya yatarkən ingilis dilində musiqi dinləyə bilərlər. Bunun üçün “Ağıllı Qələm”in oturacağında olan Mp3 funksiyasından istifadə edə bilərsiniz.

9. “Ağıllı Qələm” proqramına bir neçə kitab daxildir. Hər bir kitabı  www.tetra.az saytının müvafiq bölməsindən asanlıqla “Ağıllı Qələm”ə yükləmək və ya silmək mümkündür.

 ALMAQ ÜÇÜN ƏLAQƏ SAXLAYIN:
Azərbaycan, Bakı şəhəri, Nəsimi rayonu 5-ci mkr., 20 Yanvar küç. 14
Telefon:+(99412) 408-28-67
Mobil:+(99450) 272-88-77