Ölkə 18:11 11.01.2014

Rafiq Hüseynov Əhliman Əmiraslanovun qərarını gözləyir

"Səhhətimdə irəliləyiş hiss edirəm. Dərmanlar qəbul edirəm. Allaha şükür ki, ölmədim, ayaqdayam”. 

Bunu AzNews.az-a Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov deyib. 

Onun sözlərinə görə, kimyəvi terapiya aparılması ilə bağlı hələ qərar verilməyib: “Kimyəvi terapiyanın harada aparılmasına dair qərar verə bilmirik. Yəni Bakıda, yoxsa Türkiyədə? Hər halda buna Əhliman Əmiraslanov qərar verəcək. Düzdür, özü ilə hələ görüşməmişik. Əhliman müəllim xaricdədir. Gələn kimi görüşəcəyik. O nə desə, olacaq”. 

Xatırladaq ki, R.Hüseynov Türkiyədə xərcəng xəstəliyindən əməliyyat olunub.//AzNews.az