Sənət 12:20 05.08.2018

Rafiq Tağıya: Bir tale ki, pəncərədən daş kimi gəlsin - Şeir

HAQQARAR 

5 avqust Söz–qələm şəhidi Rafiq Tağının doğum günüdür

Bir tale ki, pəncərədən daş kimi gəlsin
Bir ömür ki, xumar gözdən yaş kimi gəlsin,
kim görüb ki belə bəxtin xoş günü gəlsin,–
Ay ana, elə bil bizə it ağız açıb!
 
İt ağzından çıxır səhər öz aramızdı,
Ay nə bilim xoruz banı, quşların səsi…
Nə bilim Ay, Dan ulduzu–  hamısı sözdü,
Azanı da qarşılayır it hürüşməsi.

İt ağzından çıxan dəniz, söz burda qalsın,–
Hanı səndə o mavilik, yamyaşıl yosun?
Dənizsənsə.., tufan qopar, fırtınan olsun,
Görüm sənin göl üzünü okean yusun!

Baskervillərin iti, tap itən yamyamı,
İtağzıgül it ağzını açır hər gülə.
İnanmayanın ağlına keçə yamayım 
it qursağı yağ götürməz deyən aqilə…