Rusiya Premyer Liqasında IV turun oyunları keçirilir.
Qaynarinfo xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su səfərdə paytaxtın "Spartak" klubunun qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb.
Ramil Şeydayev start heyətində meydana çıxıb. Futbolçumuzu 74-cü dəqiqədə Vyaçeslav Qrulyev əvəzləyib.
Qeyd edə ki, bu oyundan sonra hər iki komanda xallarının sayını 5-ə çatdırıb və müvafiq olaraq 8 və 9-cu yerlərdə qərarlaşıb. Növbəti turda "Dinamo" doğma meydanda "Zenit"i qəbul edəcək.
Şərhlər