İdman 18:37 22.06.2018

Ramil Şeydayevin “Mattersburq”a transferi nə vaxt reallaşacaq?

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Avstriyanın "Mattersburq” klubuna keçidi tezliklə həll olunacaq.

Qaynarinfo xəbər verir ki, Bundesliqa klubu Şeydayev də daxil olmaqla 6 futbolçunu eyni vaxtda ictimaiyyətə təqdim etməyi planlaşdırır. Onunla yanaşı, Marko Kvasina ("Tvente”), Patrik Salomon ("Altax”), Yefte Betankor ("Stadl-Paura”), Daniel Kerşbaumer ("Linz”) və Andreas Kuen ("Rapid”) Avstriya klubu ilə müqavilə imzalayacaq.

Şeydayevin Mattersburq klubuna transferinin detalları açıqlanmayıb.

Gənc forvard müqavilə ilə Türkiyə "Trabzonspor”una məxsusdu. Ancaq Avstriya klubunun rəhbərliyi məsələni həll olunmuş hesab edir.