Ölkə 15:05 07.08.2018

Ramil Usubov general-mayoru yeni vəzifəyə təyin etdi

Daxili işlər naziri Ramil Usubov özünə yeni müşavir təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun əmri ilə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, general-mayor Şərif Əsədullayev nazirin müşaviri təyin edilib.

Məsələ ilə bağlı xəbəri Unikal.org-a DİN-dən təsdiqləyiblər.