Ölkə 11:05 11.03.2014

Ramil Usubovdan işçilərinə tapşırıq - “Bahalı maşınları yığışdırın!”

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov nazirliyin idarə rəisləri ilə məxfi görüş keçirib. 

Qaynar.info AzNews.az-a istinadən xəbər verir ki, o, nazirlikdə işləyən vəzifəli şəxslərə övladlarına ciddi nəzarət etmək, ən əsası isə bahalı avtomobillərdən istifadə etməməyə dair ciddi tapşırıq verib. 

Ramil Usubov bildirib ki, son vaxtlar bəzi yüksək vəzifəli şəxslərin övladlarının sərvətləri, qiymətli əşyaları, avtomobilləri ilə bağlı bir-birinin ardınca yayılan məlumatlar ciddi müzakirələrə səbəb olur. 

Nazir bütün bunlardan nəticə çıxararaq, əməkdaşların maksimum ehtiyatlı olmalarını, müzakirə mənbəyinə çevrilməmələrini tövsiyə edib. 

Nazir həmçinin, nazirlik əməkdaşlarına da bahalı avtomobillərdən istifadə etməməyi tapşırıb. Nazir deyib ki, maksimum “Toyota-Prado” avtomobilindən istifadə olunsun.

Qaynar.info