Ölkə 11:18 15.02.2018

Ramiz Mirzəyevin oğlu faciəli şəkildə öldü

Sabirabad rayonunun Həşimxanlı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, "Jeep” markalı minik avtomobili su kanalına aşıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

"Report"un məlumatına avtomobil qəzasında dünyasını dəyişən Anar Mirzəyev AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğludu. Bu barədə "Turan"ın sabiq prezidenti Vidadi Əhmədov məlumat verib. 

V.Əhmədovun sözlərinə görə, mərhum bu gün Tovuzun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Anar Mirzəyev 30 oktyabr 2007-ci ildə dünyasını dəyişmiş Ramiz Mirzəyevin yeganə oğlu idi. A.Mirzəyev ailəlidir.