Video 20:00 12.05.2018

Ramiz Rövşən gənc şairlə klipə çəkildi (VİDEO)

Gənc şair Əli Xəyyamın "Kəhkəşan" adlı yeni klipi işıq üzü görüb. 

Qaynarinfo xəbər verir ki, klipdə tanınmış şair Ramiz Rövşən də yer alıb. 

Murad Cəlilov tərəfindən çəkilən klipdə istifadə olunan heykəllər isə heykəltəraş Sənan Cəfərov tərəfindən hazırlanıb.

Klip haqqında fikirlərini bölüşən Əli Xəyyam "Ramiz Rövşəni görmək, onunla oturub söhbət edə bilmək, hələ üstəlik onu öz proyektimizdə də görmək hər kəsə qismət olmayacaq bir hadisədir, hissdir". deyə qeyd edib.

Qeyd edək ki, Əli Xəyyam, öz yazı üslubu və seçdiyi mövzularla gənclər tərəfindən sevilən və dinlənən şairlərdəndir.