Dünya 13:01 15.06.2013

Ramzan Kadırovdan şok açıqlama

Çeçenistan prezidenti Ramzan Kadırov Suriyaya aparılan çeçen gəncləri ilə bağlı şok açıqlamalar verib.

Qaynar.info-nun rus mətbuatına istinadən verdiyi məlumata görə, Kadırov bildirib ki, xarici kəşfiyyat orqanları yerli gəncləri Suriya müxalifətinin tərəfində döyüşmək üçün ələ keçirməyə çalışırlar. 

"Heç kimə sirr deyil ki, Suriya müxalifəti xarici kəşfiyyat orqanlarının rəhbərliyi altında fəaliyyət göstərir. Bu faktı heç kim inkar etmir. Rusiyadan aparılan gənclər onlar üçün yağlı tikə sayılırlar. Onları ələ keçirmək istəyirlər. Biz əmin deyilik ki, ələ alınmış gənclər ölkənin maraqlarına qarşı işləməyəcək" deyə Kadırov bildirib.

Qaynar.info