Ölkə 17:35 07.01.2013

Rasim Balayevin gecikmiş etirazı

Elkin Xəlilov

"Bir çox aktyorlar rollarında ölürlər". Yadımda deyil fikir kimə məxsusdur, amma çox əla ifadədir.


Kinoilə real həyat hadisələri arasında fərq çox böyükdür. Amma biz çox vaxtkinoda görüb, sevdiyimiz aktyoru elə həyatda da o cür təsəvvür edirik.Xüsusilə də qəhrəmanlıq, əzmkarlıq, sona kimi mübarizə aparan aktyorlarbarəsində bu fikirlərdə oluruq.

Uşaqlıq vəyeniyetməlik dövrümün kumiri olan Rasim Balayev mətbuata narazılıq dolumüsahibə verib. Rasim Balayev deyir ki, müxtəlif verilişlərdə filmlərdəonun çəkildiyi hissəni kəsib, efirə onsuz verirlər: "Məni lentyazılarından silmək olar, amma Azərbaycan kino arxivindən silmək mümkündeyil. O zaman gərək o filmləri verməsinlər, ya da filmləri də kəsibversinlər. ”Babək"də, “Nəsimi”də mənim rolumu kəssələr necə olar?Bilirsinizmi, bunu dardüşüncəlik hesab edirəm. Məsələn, bir-iki verilişəbaxdım. Rasim Ocaqov haqqında fikir demişdim və həmin verilişi AzTVverib, təkrarını verirlər, görürəm mən yoxam. Leyla Bədirbəyli haqqındada fikir demişəm, hamı var, məni çıxarıblar. Mən 3-5 filmə yox, 100-əqədər filmə çəkilmişəm. 100 filmi qoy qırağa, görək nə olur".

Ədalətnaminə danışsaq, Rasim müəllim doğru deyir, bu ona qarşı və Azərbaycankinosuna qarşı tərbiyəsizlikdir. Amma biz elə bir ölkədə yaşayırıq ki,istənilən hadisə ola bilər və buna artıq cəmiyyət təəccüblənməyəcək.

Bayaqdediyim kimi, Rasim Balayev mənim uşaqlıq dövrümün kumiri olub. Mən eləbilirdim ki, o, "Nəsimi" filmindəki kimi dərisinin belə soyulmağınarazı olar, amma ideyasından dönməz. Mən elə bilirdim ki, Rasim Balayev"Babək" filmindəki kimi "Yüz il qul kimi yaşamaqdansa bir gün azadyaşamağı üstün tutar".

Yeniyetmə olduğumvaxtlarda ən böyük arzularımdan biri Rasim Balayevlə görüşmək, onunlaiki dəqiqə olsa da, söhbət etmək idi. Zaman keçdi və mən Rasimmüəllimdən müsahibə almaq üçün onun yanına getdim. Düz bir saata yaxınsöhbətimiz oldu. Geriyə baxdıqda bu kiçik bir vaxt ola bilər, ammasevdiyin, sənətinə pərəstiş elədiyin bir şəxslə bir saat vaxt keçirməkböyük zamandır. Bu bir saat ərzində Rasim müəllimə xeyli suallar verdimvə onun hər cavabında məyusluğa uğradım. Bəzi suallarım isə RasimBalayevin özü tərəfindən redaktə olundu, bu isə lap ağrıdıcı idi.Zarafat deyil, sevdiyin bir insan, dağ kimi gözündə böyütdüyün bir şəxshər suala verdiyi cavabdan sonra yavaş-yavaş əriyib yoxa çıxsın.

Rasimmüəllimdən “Babək” filmində ədalətsizliyə qarşı, azadlıq uğrundamübarizə aparan bir obraz canlandırdığını, real həyatda nəyə və nələrəqarşı etiraz etmək, onu dəyişmək uğrunda mübarizə aparmaq istədiyinisoruşdum.

Cavab isə çox təəccüblü idi. Rasimmüəllim bir çox şeyin qaydasında olduğunu, Babəklik etməyin yeriolmadığını dedi. Daha sonra isə özünün ziyalı olmadığını, bu adın çoxböyük ad olduğunu bildirdi. Buna görə insanların önünə çıxıb, onlarımübarizəyə səsləyə bilmədiyini dedi.

Bəli. Düzdeyir Rasim Balayev, o, kinolarındakı kimi Babək, Nəsimi ola bilmədi. Oda rollarında öldü. İndi məni ağrıdan əsas məsələ Rasim Balayevin mediavasitəsilə narazılıq etməsidir. O, lent yazılarında ona aid hissələrinçıxarılmasına etiraz edir. İllərdir tənqid olunan AzTV-nin ədalətsizkanal (heç buna adam kanal da demək istəmir) olduğunu o indi bilir.

Millətmeydanlarda Nəsimi kimi “soyulanda”, Babək kimi üstünə “yüz minlik”ordu yeridiləndə AzTv Bakının gecə görüntülərini göstərirdi, RasimBalayevin özü də başqa şeylərdən danışırdı. Bax bizə həmin zaman lazımidi AzTV-yə etiraz, Rasim müəllim. Özü də siz özünüzə aid lentlərinorada göstərilmədiyinə deyil, insanların əzildiyini göstərmədikəri üçünetiraz etməli idiniz. Amma indi gecdir, dediyiniz hər şey gecdir. Nəqədər ki, millətin, gənclərin, haqqı tapdanan insanların yanındadeyilsiniz, sizi “Babək”dən, “Nəsimi”dən də siləcəklər. Onda da indikikimi hər şey gec olacaq.