Sənət 16:55 22.01.2018

Rasim Qaraca: "Gənc yazarların çatışmayan özəlliyi..."

Qaynarinfo yeni layihəyə start verib. Layihə çərçivəsində yazıçılar həmkarlarının yaradıcılığı barədə fikirlərini bölüşəcəklər. 

Bu dəfə yazıçı Rasim Qaraca bəyəndiyi yazıçılar və onlar da görmək istədiyi xüsusiyyətləri deyib. Onun sözlərinə görə, gənc yazarlarda çatışmayan özəllik onların kollektiv fəaliyyətlərinin olmamasıdır. 

"Gənc yazarlardan Qismət Rüstəmovun, Həmid Piriyevin, Ömər Xəyyamın, Fəridə Məmmədovanın, Aqşin Evrənin, Fuad Rəsulzadənin yazıları mənim üçün maraqlıdır. Bu siyahını xeyli uzatmaq olar, ilk ağlıma gələnləri yazdım. Hər birinin özünə görə müsbət və mənfi cəhətləri var. İstər gənc, istər yaşlı yazarlar daimi öyrənmə prosesində olmalıdırlar. Əksik olan bizdə ədəbi mühitin cansız olması, geniş ədəbiyyat polemikalarının aparılmamasıdır. Bu da istedadların sönməsinə və ya inkişaf etməməsinə səbəb olur.

Gənc yazarlarda əksik olan bir özəllik də kollektiv fəaliyyətlərinin olmamasıdır, hər kəs təkbaşına dahi olmaq istəyir, lakin bu mümkün deyil, fərdi imkanlarının tam üzə çıxmasından ötrü kollektiv fəaliyyət vacibdir".

Lalə Niftaliyeva