İdman 16:17 09.02.2013

Rauf Əliyev də "Bakı"da

“Bakı” Kamran Ağayevin ardından bu gün “Qarabağ”ın hücumçusu Rauf Əliyevlə münasibətləri rəsmiləşdirib.

Bu haqda klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib. Ağdam komandasının yetirməsi ilə iki illik müqavilə imzalanıb.

Qol.Az-ın əldə etdiyi məlumata görə, futbolçu ilə müqavilə imzalansa da, "Qarabağ" Raufun transfer vərəqəsini hələ "Bakı"ya verməyib. Bu səbəbdən futbolçu Premyer Liqanın oyunlarında indiki halda iştirak edə bilməz. Bununla belə, "Bakı"nın bu gün, ya sabah "Qarabağ"a tələb olunan təzminatı ödədikdən sonra R.Əliyevin transfer vərəqəsini götürəcəyi gözlənilir.

Qaynar.info